Britaniya: "Hədəf Qəddafidir"
21 Mart 2011 Bazar Ertəsi 16:08
Britaniyanın Müdafiə Nazirliyindəki mənbə belə deyib.
Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbə Liviya lideri Müəmmar Qəddafini öldürmək məqsədiylə təşkil ediləcək bir hücum, ya da sui-qəsd cəhdinin qanuni olacağını bildirib. Mənbə Qəddafinin ordunun baş komandanı kimi hərbi hədəflər arasında arasında olduğunu deyib.

Qeyd edək ki, İngiltərədə Liviyaya hərbi müdaxiləyə müxalif olan cəmi bir neçə millət vəkili var. Amma bu əməliyyatın necə nəticələnəcəyi ilə bağlı şübhələri olan, ya da bitərəf qalanların sayı çoxdur. Xüsusilə də narahatlıqlar ingilis əsgərlərinin mümkün quru əməliyyatlarına qatılma ehtimalı üzərindədir.

Baş nazirlik, quruya çıxma ehtimalının az olduğunu desə də, xüsusi qüvvələrdən istifadə edilməsi ehtimalını rədd etməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar