Britaniya atom sualtı qayığı qəzaya uğrayıb
22 Oktyabr 2010 Cümə 23:15
Hadisə Şotlandiyanın qərb sahillərində baş verib.
Böyük Britaniyaya məxsus atom sualtı qayığı Şotlandiyanın qərb sahillərində qəzaya uğrayıb. Ölkənin Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada qəzanın nüvə təhlükəsi daşımadığını və heç kimin xəsarət almadığı bildirilir.

Hadisə yerinə sahil təhlükəsizlik və xilasedici dəstə göndərildiyini bildirən nazirlik suyun səviyyəsinin artmasından sonra qayğı yerindən tərpətməyin mümkün olacağını qeyd edib.

Qeyd edək ki, donanmada yer alan “Astute” adlı bu qayıq Krallıq Dəniz Qüvvələrinin ən böyük və ən güclü hücum qabiliyyətinə malik texnikalarından sayılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar