Bricit Bordonun keçmiş əri intihar etdi
10 May 2011 Çərşənbə Axşamı 11:58
78 yaşlı multimilyarder özünü güllələyib
Tanınmış aktrisa Bricit Bordonun keçmiş əri, multimilyoner Qyunter Zaks intihar edib. Fransalı aktrisanın əri, alman milyarder, fotoqraf və pleyboy İsveçrədəki dağ kurortunda özünü güllələyib.
78 yaşlı Zaksın ailəsi məlumatı təsdiqləyib. Ancaq iniharın səbəbləri hələlik bəlli deyil.
Qeyd edək ki, Bricit Bordo ondan 1969-cu ildə ayrılıb. Z.Qyunter 3 dəfə ailə həyatı qurub. 1966-cı ildə o, B.Bordo ilə tanış olmaq üçün helikopterlə göydən yerə minlərlə qızıl gül tökmüşdü.
Qyunter Zaks "Opel" avtokonserninin yaradıcılarından olan şəxsin nəvəsi olub. Bundan əlavə dünyanın bir çox məşhur jurnalları, qəzetləri onun fotolarından istifadə edirlər.
DOSTLARINLA PAYLAŞ: