Breyvikin ifadələri dərs kitabı olacaq
23 Aprel 2013 Çərşənbə Axşamı 06:05
Dərslikdə radikal sağçılarla fanatik dindarların terror fəaliyyəti də işıqlandırılacaq.
Əsrin cinayətini işləyərək 77 nəfəri qətlə yetirən Anders Breyvikin polis bölməsində və məhkəmədə verdiyi ifadələr dərs kitabı olacaq. Bu dərslik polis akademiyasında magistr dərəcəsi almaq istəyən tələbələrin təhsili üçün nəzərdə tutulur. Akademiyanın direktoru Katon Hemminqbi müşaviri Toro Bjorqo ilə birlikdə məsələ üzərində çalışdıqlarını deyib.
“Terrorçuların necə hazırlaşdıqlarını, hədəfi necə seçdiklərini və məqsədlərinə necə çatdıqlarını polislərə öyrətməliyik. Bu səbəblə də Breyvikin ifadələrindən dərslik kimi istifadə etmək istəyirik. Hazırlanacaq dərslikdən PST xüsusi xidmət orqanı üçün casusların yetişdirilməsində də istifadə olunacaq. Breyvik bu fikrimizə etiraz etmədi. Dərslikdə radikal sağçılarla fanatik dindarların terror fəaliyyəti də işıqlandırılacaq. Terrorçulara aid bütün materialları əldə etmək əlbətdə mümkün deyil. Amma verilən ifadələrlə və əldə olunan sənədlərlə bir dərslik hazırlamaq mümkün idi. Biz bu addımı atdıq” – deyə Hemminqbi bildirib.
Xatırladaq ki, Anders Breyvik 22 iyun 2011-ci ildə Norveçdə törətdiyi terror hadisəsi nəticəsində 77 nəfərin ölümünə səbəb olmuşdu. Onun ruhi sarsıntılar keçirdiyini iddia edən məhkəmə isə etiraflarına baxmayaraq Breyviki həbs etməmək üçün əlindən gələni etmişdi.
DOSTLARINLA PAYLAŞ: