Breyvik müsəlmanlara olan nifrətinin səbəbini açıqladı
05 İyun 2012 Çərşənbə Axşamı 01:50
“Uşaqlıqda türk diplomat velosipedimi sındırıb”.
Ötən ilin yayında 77 nəfərin qətli günahlandırılan Anders Breyvik məhkəmə prosesi zamanı müsəlmanlara olan nifrətinin səbəbini açıqlayıb. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, norveçli qatil, uşanqlıqdan müsəlmanlar tərəfindən incidildiyini bildirib.
Andres Breyvik deyib ki, onun müsəlmanlara qarşı mənfi münasibətinin formalaşmasına səbəb olan ilk hadisə türkiyəli diplomatla bağlı olub. Belə ki, onun tanışlarından birinin atası olan diplomat velosipedini sındırıb.
Norveçli qatilin sözlərinə görə, müsəlmanlar onu dəfələrlə incidiblər: döyüblər, əşyalarını əlindən alıblar, üç dəfə zorlamağa çalışıblar. “Bu epizodlar ayrı-ayrılıqda ciddi təsir bağışlamır. Lakin onların hamısı birlikdə məndə müsəlmanlarla bağlı rəy formalaşdırıb”, - Breyvik deyib.
Uşaqlıqdakı incikliklərin üzərinə illərlə həsəd də əlavə olunub: “Müsəlman ailələri dövlətdən Oslonun şərq hissəsində mənzillər alırdılar. Norveç paytaxtının şərqindəki evlər elit daşınmaz əmlak sayılır”.
DOSTLARINLA PAYLAŞ: