Brent ucuzlaşıb, WTI bahalaşıb
18 Fevral 2011 Cümə 10:38
Dünən dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Buna səbəb Yaxın Şərqdəki qeyri-sabit vəziyyətlə bağlı neftin tədarükündə yarana biləcək təhlükələrin olmasıdır.
Belə ki, fevralın 17-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair mart müqaviləsinin dəyəri isə 1.37 dollar bahalaşaraq 1 barelə görə 86,36 dollar təşkil edib.
İCE (InterContinental Exchange Futures) London qitələrarası birjasında Brent Crude Oil markalı neftin aprel fyuçerslərinin 1 barelinin dəyəri 1,19 dollar ucuzlaşaraq 102,59 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: