Göyərtəsində 185 adam olan gəmi çərşənbə axşamı Braziliyanın Amazon çayında batıb.
Amazonas ştatının yanğından mühafizə xidmətinin başçısı polkovnik Karlos Martines Kostanın sözlərinə görə, Manausdan Santaraya gedən "Karolina du Norçi" gəmisi elə yolun əvvəlində qəzaya uğrayıb.
Martines Kosta bildirib ki, sərnişinlərin çoxunu xilas etmək mümkün olub. Amma onların sayı hələ dəqiq məlum deyil. Şahidlərin dediyinə görə, bir neçə adam kayutundan çıxmağı bacarmayıb. /ANS PRESS/