Braziliyanın 28 şəhərini su basıb
08 May 2011 Bazar 04:05
Təbii fəlakət 65 yaşayış məntəqəsinə ziyan vurub.
Leysan yağışları nəticəsində baş verən daşqınlar Braziliyanın şimal-qərbindəki Pernambuku və Alaqoas ştatlarındakı 28 şəhərdə həyatı iflic edib. Məlumatı yerli mülki müdafiə xidmətləri yayıb.

Hakimiyyət orqanlarının məulmatına görə, çaylarda suyun səviyyəsinin artması Alaqoas ştatında 5886, Pernambuku ştatında isə 11 825 adam evsiz qalıb. Təbii fəlakət ümumilikdə 65 yaşayış məntəqəsinə ziyan vurub. İki nəfər həlak olub. Yaralılar barədə məlumatlar gəlməkdə davam edir.

Pernambuku ştatının 1,5 milyon nəfər əhalisi olan paytaxtı Resifidə daşqınlarla əlaqədər məktəb və mağazalar bağlanıb. Şəhərin bir neçə rayonu su altında qalıb.

Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Braziliyanın şimal-qərbində yağıntıların kəsiləcəyi və vəziyyətin normallaşacağı gözlənilir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar