Braziliyada sürüşmələr nəticəsində azı 160 nəfər ölüb
13 Yanvar 2011 Cümə Axşamı 03:20
Sinoptiklərin bədbin proqnozları xilasetmə xidmətlərini hazırlıq vəziyyətinə gətirib.
Braziliyanın Rio-de-Janeyro ştatında ardıcıl sürüşmələr nəticəsində ölənlərin sayı 147 nəfərə çatıb. Daha 13 nəfər isə San-Paulu ştatında ölüb. Məlumatı “Reuters” agentliyi yerli hökumətə istinadən yayıb. Əvvəlki məlumatlarla Rio-de-Janeyroda 114 nəfərin öldüyü bildirilirdi. Güclü palçıq axını Rio-de-Janeyroda güclü leysandan sonra bir neçə şəhəri əhatə edib. Bir sutka ərzində bölgəyə 800 millimetrə yaxın yağıntı düşüb.
Xilasedicilərin sözlərinə görə, Rionun 90 kilometrliyində yerləşən Terezopolis şəhərində öz evlərinin qalıqları altında qalan 122 nəfər ölüb. 2000-dən çox şəhər sakini evsiz qalıb. Onlar müvəqqətği olaraq məktəb binalarında və qapalı stadionlarda yerləşdiriliblər.
Qonşu Petropolis və Nova-Friburquda 25, San-Pauluda isə 13 nəfər təbii fəlakətin qurbanına çevrilib.
Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə leysan yağışları təkrarlana bilər. Xilasətmə və Mülki müdafiə xidmətləri hazırlıq vəziyyətinə gətirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: