Braziliyada son 90 ilin en güclü daşqını baş verdi
25 Dekabr 2013 Çərşənbə 11:08
Tebii felaket neticesinde azı 30 nefer ölüb.
Braziliyanın cenub-şerqinde leysan yağışın sebeb olduğu daşqın ve torpaq sürüşmesi neticesinde azı 30 nefer ölüb, on minlerle insan da evsiz qalıb. ANS PRESS-in melumatına göre, Minas-Jerays ve Espiritu-Santu ştatlarında ekser evler, yollar ve körpüler dağılıb, ştatların ekser şeherlerinin sakinleri elektrik enerjisiz ve içmeli susuz qalıb.
Braziliya prezidenti Dilma Russef tebii felaketlerden zerer çekmiş bölgelere erzaq ve tibbi levazimatlar çatdırılması üçün iki helikopter ve herbi yük maşınlarının gönderilmesine gösteriş verib. Teyyare ile Espiritu-Santu ştatının üzerinden uçaraq veziyyetle tanış olan Braziliya prezidenti hele bele daşqın görmediyini deyib. Ştat qubernatoru da Braziliyada baş veren daşqının son 90 ilde ölkede en güclü daşqın olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: