Braziliyada müəllimlərin etiraz aksiyaları polislə toqquşmalara səbəb olub
08 Oktyabr 2013 Çərşənbə Axşamı 09:09
Rio-de-Janeyronun mərkəzində keçirilən aksiyaya 10 mindən çox adam çıxıb.
Braziliyada müəllimlərin etiraz aksiyaları polislə toqquşmalara səbəb olub. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Rio-de-Janeyronun mərkəzində keçirilən aksiyaya 10 mindən çox adam çıxıb.
Axşam saatlarında daha da aqressivləşən nümayişçilər binalara yanacaqla dolu şüşələr atmağa başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib.
San-Paulu şəhərində keçirilən aksiya da polislə toqquşmalara səbəb olub. İki həftədən çox işləməyən bankların əksəriyyəti nümayişçilərin hücumuna məruz qalıb.
DOSTLARINLA PAYLAŞ: