Braziliyada leysan və sürüşmələrdən ölənlərin sayı 600-ü ötüb
16 Yanvar 2011 Bazar 04:50
Sürüşmələrdən ən çox dörd şəhər ziyan çəkib.
Leysan yağışları və onun yaratdığı sürüşmələr Braziliyanın Rio-de-Janeyro ştatında 610 nəfərin ölümünə səbəb olub. Bu barədə məlumatı “Frans Press” agentliyi yerli hökumətə istinadən yayıb. Bundan əvvəl 548 nəfərin öldüyü bildirilirdi

Çərşənbə gününə keçən gecə Rio-de-Janeyronun daxlıq hissəsində güclü leysandan sonra palçıq sürüşmələri baş verib. Bir sutka ərzində bölgəyə 800 millimetr yağıntı düşüb.

Sürüşmələrdən ən çox Nova-Friburqu (274 ölü), Terezopolis (263 ölü), Sumidouru (18 ölü) və Petropolis (55 ölü) şəhərləri ziyan çəkib. Bu şəhərlərin hamısı Rio-de-Jneyroda təxminən 100 kilometr şimalda, dağlıq ərazidə yerləşir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar