Matəmə səbəb ölkənin gecə klubunda baş vermiş və 232 nəfərin ölümünə səbəb olmuş yanğındır.
Braziliyada gecə klubunda baş vermiş və 232 nəfərin ölümünə səbəb olmuş yanğınla əlaqədar 3 günlük matəm elan edilib. Braziliya prezidenti Dilma Russefin qərarına əsasən, ölkədə matəm 3 gün olsa da, faciənin baş verdiyi Rio Qrande Del Sol ştatında matəm 30 gün davam edəcək.
Hazırda yanğın qurbanlarının cənazələri idman kompleksinə yerləşdirilir və yaxın vaxtlarda dəfn mərasimləri planlaşdırılır.
Qeyd edək ki, ötən gün 232 nəfərin ölümünə, 100-dən çox adamın da xəsarət almasına səbəb olan yanğın gecə klubunda, rok-qrupun konserti zamanı baş verib. Yanğına konsert atəşfəşanlığı zamanı pirotexnikanın alışmasının səbəb olduğu ehtimal edilir. Ölənlərin əksəriyyətinin tüstüdən zəhərləndiyi bildirilir. Yanğınla əlaqədar Braziliyanın prezidenti Dilma Russef Çiliyə səfərini yarımçıq qoyaraq, ölkəyə qayıdıb.