Braziliya prezidenti WikiLeaksin müdafiəsinə qalxdı
10 Dekabr 2010 Cümə 10:25
Silva, Assancın təqib edilməsi və “söz azadlığının məhdudlaşdırılması”na qarşı çıxıb
Braziliya prezidenti Luis İqnasiu Lula da Silva Böyük Britaniya polisi tərəfindən həbs edilən “WikiLeaks” saytının təsisçisi Culian Assanca qiyabi olaraq dəstəyini ifadə edib. ANS PRESS-in “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, dünən keçirilən mətbuat konfransı zamanı Silva, Assancın təqib edilməsi və “söz azadlığının məhdudlaşdırılması”na qarşı çıxıb.

Braziliya prezidenti “WikiLeaks” rəhbərinin həbsinin nəyə görə bütün dünyada etiraz dalğası yaratmamasını anlamadığını bildirib. “O yalnız oxuduqlarını açıqlayıb”, - deyə Braziliya prezidenti bildirib.

Da Silva əlavə edib ki, onun fikrincə, “ “WikiLeaks”in açıqladığı sənədlərin “müəllifləri”i sülhə Assancdan daha çox ziyan vurub”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar