Braziliya prezidenti də ağladı
24 İyul 2010 Şənbə 15:25
Medvedev və Putin Luis İqnasio Lula da Silva hisslərini cilovalaya bilməyib.
Braziliya prezidenti Luis İqnasio Lula da Silva müsahibə verərkən göz yaşlarını saxlaya bilməyib. Prezident Braziliya televiziyasının jurnalistinə verdiyi müsahibəsində futbol üzrə dünya çempionatından tutmuş, hakimiyyətdən getmə planlarına və özündən sonra qoyacağı mirasa qədər müxtəlif mövzularda söhbət edib. O, öz administrasiyasının sosial nailiyyətlərindən danışarkən isə ağlayıb.

"Getməyə hazırlaşdığınız üçün ağlayırsınız?" sualına prezident "Xeyr, düşünürəm ki, bu, insanların artıq Braziliyanın onların olduğunu dərk etdiklərini gördüyümdəndir" - deyə cavab verib.

Prezident həmçinin çətinliklərin öhdəsindən gəldiyini və artıq öz işinin bəhrəsini gördüyünü də bildirib. Hisslərini cilovlayan Braziliya prezidenti daha sonra gələcəklə bağlı planlarına qayıdıb və 2014-cü il prezident seçkisində iştirak etməyəcəyini də qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar