Braziliya hökumeti rus diplomatları izleyib
05 Noyabr 2013 Çərşənbə Axşamı 04:07
Braziliya qazeti “Folha de S. Paulo” ölkenin keşfiyyat orqanlarının mexfi senedlerine istinaden melumat yayıb.
Braziliyada rus diplomatları izlenib. ANS PRESS-in Rusiya metbuatına NTV-ye istinaden verdiyi melumata göre, bu barede Braziliya qezeti “Folha de S. Paulo” melumat yayıb. Qezetin Braziliya keşfiyyat orqanlarının mexfi senedlerine istinaden verdiyi melumata göre, 2003-2004-cü illerde Braziliyada Rusiya, İran ve İraqdan olan diplomatlar izlenilib.

Rusiya sefirliyinin emekdaşları ve Rio-de-Jeneyroda keçmiş konsul Anatoli Kuşub izlenib. Braziliya keşfiyyatçıları hemçinin İran ve İraq sefirliklırinin işçilerinin gizli şekillerini de çekibler. Braziliya prezident adminstrasiyası qezetin yazdıqlarından melumatlandırılsa da, her hansı şerh vermekden imtina edib. Onlar bu informasiyanı ne tekzib, ne tesdiq edibler. Ve bunu qezet redaksiyasının onlara hemin mexfi senedleri vermekden imtina etmesi ile elaqelendiribler.

Xatırladaq ki, son vaxtlar müxtelif xidmet orqanlarının keşfiyyat xarakterli hereketleri barede melumatlar yayılır. Bunlar Edvard Snouden qalmaqalından sonra daha çox yayılmağa başlayıb. Daha evvel Kütlevi İnformasiya Vasitelerinde ABŞ xüsusi xidmet orqanlarının dünya liderlerinin telefon danışıqlarını dinlemeleri ile bağlı xeberler yayılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar