BP-nin səhvi dəhşətə gətirib
20 İyun 2010 Bazar 10:45
“Anadarko” şirkəti BP-ni tənqid edib.
Meksika körfəzində qəzaya uğrayan BP platforması ilə əlaqəli araşdırma davam edir. BP-nin tərəfdaşı olan ABŞ-ın “Anadarko” petrolium şirkəti Britaniya şirkətini tənqid edib.

Qəzaya uğramış platformada 25% paya malik şirkət bildirir ki, təhlükəsizliklə bağlı BP tərəfindən buraxılan səhvlərdən dəhşətə gəlib.

ABŞ qanunverici orqanında deyilib ki, BP qənaət etmək üçün bəzi təhlükəsizlik qaydalarına riayət etməyib. Belə ki, konqresmenlərin suallarına cavab verərkən məlum olub ki, BP neft quyusunu qazarkən daxil olan kritik xəbərdarlıq əlamətlərinə məhəl qoymayıb.

“Anadarko”nun başçısı olaya görə BP-nin məsuliyyət daşıdığını deyib. Şirkət qəzaya uğrayan neft quyusunda 25% paya malikdir. Hazırda olaylarla bağlı tədqiqat aparılır ki, milyardlarla dollar həcmində cərimələrlə nəticələnə bilər. BP qəzadan zərər çəkənlərə kömək məqsəd ilə 20 milyardlıq fond təsis edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar