BP: “Meksika körfəzində neft axınını dayanıb”
16 İyul 2010 Cümə 02:15
BP: “Meksika körfəzində neft axınını dayanıb”. Bu, Deepwater Horizon platformasında apreldə baş vermiş qəzadan sonra ilk belə bəyanatdır.
Britaniyanın BP neft şirkəti Meksika körfəzində neft axınının qarşısının alındığını bəyan edib. Bunu şirkətin birinci vitse-prezidenti Kent Uells deyib. Bu, Deepwater Horizon platformasında apreldə baş vermiş qəzadan sonra ilk belə bəyanatdır. Kent Uells Meksika körfəzinə neft axmamasından razı qaldığını bildirsə də, narahatlıqların arxada qalmadığını da bildirib.

BP tərəfindən idarə edilən Deepwater Horizon platforması Meksika körfəzində, Luiziana ştatı sahillərində aprelin 22-də 36 saatlıq yanğından və partlayışdan sonra batıb. Hadisə 11 nəfərin ölümünə səbəb olub. O vaxtdan başlayan və indiyədək davam edən neft axını Amerikanın Luiziana, Alabama, Missisipi, Florida və Texas ştatlarına ziyan vurub, bölgədə ekoloji fəlakət təhlükəsi yaranıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar