BP İrana qarşı sanksiyaların
26 Yanvar 2012 Cümə Axşamı 13:48
Bu barədə BP-nin “Şahdəniz” layihəsi üzrə marketinq meneceri Steve Garlic açıqlama verib
BP şirkəti ABŞ və Avropa Birliyinin (AB) İrana qarşı sanksiyalarının “Şahdəniz” layihəsinə toxunmayacağına əmindir. “Bloomberg”in məlumatına görə, BP-nin “Şahdəniz” layihəsi üzrə marketinq meneceri Steve Garlic Vyanada keçirilən konfransda çıxışında deyib ki, hazırkı anda sanksiya prosesinin layihəyə toxunmayacağına BP əmindir.
S.Garlicin sözlərinə görə, şirkət bu məsələni nəzarətdə saxlayır, müxtəlif siyasi orqanlar və lobbiçilərlə aktiv əməkdaşlıq edir: “Bu cür nəhəng layihələr hər zaman risklərə məruz qalır. İrana qarşı sanksiyalar da bu risklərdəndir və biz bunun öhdəsindən gəlməliyik”.
“Şahdəniz” layihəsinin səhmlərinin 10%-i İranın “Naftiran Intertrade Co.” şirkətinə məxsusdur. Bu da layihəni sanksiyaların hədəfi edə bilər.
DOSTLARINLA PAYLAŞ: