Böyük yeddilik çıxış yolu axtarır
06 Fevral 2010 Şənbə 17:50
Böyük yeddilik "G7"yə üzv ölkələrin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin görüşü başlayıb
Ötən gün Kanadanın şimalında İkaluit şəhərində "Böyük yeddilik"ə (G7) üzv ölkələrin maliyyə nazirlərinin və Mərkəzi Banklarının rəhbərlərinin görüşü başlayıb. Görüş zamanı əsas müzakirə obyekti maliyyə sistemində islahatlar, büdcə kəsri problemləri, böhran əleyhinə effektiv tədbirlərin qiymətləndiriləməsi, valyuta mübadiləsi, xüsusən də Çin pul vahidi yuanla bağlı məsələlər olacaq. Görüş iştirakçıları iyun ayında Kanadada keçiriləcək sammit üçün təkliflər də irəli sürəcəklər.

"Böyük Yeddilik"in bugünkü görüşündə Haitiyə yardımın yenidən təşkil olunması məsələsi gündəmə gətiriləcək. Bunun ardınca isə mətbuat konfransının keçiriləcəyi bildirilir.

Qeyd edək ki, görüşdə maliyyə təşkilatlarının rəsmi təmsilçiləri, o cümlədən Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Dominik Stross-Kan, Ümumdünya Bankının prezidenti Robert Zellik və Avropa Bankının rəhbəri Jan Klod Trişet də iştirak edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar