Böyük yeddilər Rusiyasız sammit keçirməyə hazırlaşır
16 Mart 2014 Bazar 09:45
Böyük yeddilik ölkələrinin dövlət başçıları artıq sammitin keçiriliməsi üçün Soçinin yerinə başqa şəhər axtarışına çıxıblar.
Böyük yeddilik ölkələri artıq Rusiyanın iştirakı olmadan növbəti sammiti keçirməyə hazırlaşırlar.ANS PRESS-in məlumatına görə bu barədə "Ukranskaya pravda" qəzeti məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, böyük yeddilik ölkələrinin dövlət başçıları artıq sammitin keçiriliməsi üçün Soçinin yerinə başqa şəhər axtarışına çıxıblar.
Nəşrin yaydığı məlumatda qeyd olunub ki, sammitin Soçidə baş tutmaması, gələcəkdə Rusiyanın böyük səkkizliyə üzv məsələsini sual altında qoya bilər.
Həmçinin nəşrdə qeyd olunub ki, iyuna planlaşdırılan görüşün Britaniyada keçirilməsini təşklif ediblər. Amma böyük yeddilərə üzv olan digər dövlətlər sammitin Londonda keçirilməsinin əleyhinə çıxış ediblər:
"Əgər Rusiya prezidenti Vladimir Putin Krım barəsində öz mövqeyini dəyişdirməyəcəksə, rəsmi Berlin Leypsiqdə keçiriləcək Alman-Rusiya hökumətlərarası məsləhətləşmələrdə iştirak etməkdən imtina edəcək".
DOSTLARINLA PAYLAŞ: