Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edilib
29 Noyabr 2011 Çərşənbə Axşamı 17:24
Bu gün Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib.
APA-nın məlumatına görə, paytaxt Tehran şəhərində hakim rejimə yaxın “Bəsic” könüllülər dəstəsinin üzvü olan bir qrup tələbə səfirliyin qarşısına toplaşaraq Böyük Britaniya əleyhinə şüarlar səsləndiriblər və binanı yumurta atəşinə tutublar. Aksiya iştirakçıları binanın qarşısında asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar. Britaniya və İsrail bayraqları yandırılıb. Səfirlik binasının şüşələri sındırılıb və binaya “Molotov” kokteylləri atılıb. Hətta bəzi şəxslər içəri daxil olaraq səfirliyə məxsus bir sıra sənədləri bayıra töküblər.
Xatırladaq ki, İran Böyük Britaniya ilə diplomatik münasibətlərin məhdudlaşdırılması haqqında qərar qəbul edib.
DOSTLARINLA PAYLAŞ: