Böyük Britaniyanın baş naziri villasını kirayə verib
23 Avqust 2010 Bazar Ertəsi 18:00
Böyük Britaniyanın baş naziri Devid Kemeron evini açıq bazarda kirayə verən baş nazir kimi ən yeni tarixə düşüb.
“APA-ECONOMICS”in “The Daily Mail” qəzetinə istinadən xəbərinə görə, D.Kemeron Londonun nüfuzlu Nottinq-Hill rayonunda yerləşən şəxsi evini icarəyə verib.
Kirayənişin xanım artıq dörd yatağı olan evə köçüb. O, adını açıqlamasa da, evin sahibləri ilə tanış olmadığını, agentlər vasitəsilə icarəyə götürdüklərini bildirib.
Ekspertlərin fikrincə, Londonun Nottinq-Hill rayonunda keyfiyyətli daşınmaz əmlakı 4-6 min funt sterlinqə kirayə vermək olar. Kemeronlar ailəsi 4 yataq otağı olan evi 2005-ci ildə 1,1 mln. funt sterlinqə alıb. Evin mükəmməl hala gətirilməsi üçün daha 600 min funt sterlinq xərclənib. Hazırda mülk 2,7 mln. funt sterlinq həcmində qiymətləndirilir. Bundan başqa, ailənin İngiltərənin qərbində, Kotsvolds rayonunda dəyəri 1 mln. funt sterlinq olan daha bir evi var. APA
DOSTLARINLA PAYLAŞ: