Böyük Britaniyanın baş naziri üçüncü dəfə ata oldu
26 Avqust 2010 Cümə Axşamı 01:00
Devid və Samanta Kemeronların qızı dünyaya gəlib.
Britaniyanın baş naziri Devid Kemeronun qızı olub. Qızın adını Florens Rouz Endellion qoyublar. Baş nazirin xanımı Samanta Kemeron və körpə şənbə gününədək xəstəxanada qalacaqlar.

Baş naziri və xanımını Britaniya kral ailəsinin üzvləri, keçmiş baş nazir Qordon Braun və Fransa prezidenti Nikolya Sarkozi təbrik ediblər.

Kemeron ailəsinin iki övladı-Nensi adlı qızları və Artur adlı oğulları var idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar