Böyük Britaniyada ət qalmaqalı
01 İyul 2013 Bazar Ertəsi 00:28
Ölkədə xəstə heyvanların ətinin satıldığı məlum olub.
İngiltərədə xəstə heyvanların ətinin satıldığı məlum olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərənin “Sandey Tayms” qəzetinin yayımladığı xəbərdə Böyük Britaniyanın ətraf mühit, ərzaq və kənd təsərrüfatı işləri üzrə Departamentininİngiltərədə xəstə heyvanların ətinin satıldığı məlum olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərənin “Sandey Tayms” qəzetinin yayımladığı xəbərdə Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı İşləri üzrə Departamentinin (DEFRA) brusellyoz infeksiyasına yoluxan heyvanların ətinin satıldığı bildirilib.
Xəbərdə DEFRA-nın satdığı ətin bir çox supermarket tərəfindən geri qaytarıldığı da qeyd edilib. Hər il təxminən xəstəlikli 28 min ev heyvanının ətinin qida satan firmalara satıldığı və həmin firmaların da əti məktəblər, xəstəxanalar və hərbi təşkilatlara çatdırdığı vurğulanıb.
DEFRA-dan verilən açıqlamada isə tərkibində brusellyoz infeksiyası təsbit edilən ətlərin insanlara ziyanlı olmadığı deyilib: “Brusellyoz təsbit edilən ətlərin, satışa çıxarılmadan əvvəl qida təhlükəsizlik testlərindən keçirilməsi lazımdır. Qida Standartları Agentliyi (FSA) ətdən istifadə edənlərin brusellyoza yoluxduğuna dair faktla üzləşməyib. Ətdən çiy və ya az bişmiş şəkildə istifadə olunsa belə, infeksiyanın yoluxma riski yox dərəcəsindədir”.
“Sandey Tayms” qəzeti isə brusellyoz infeksiyası daşıyan heyvanın ətindən istifadənin insan sağlamlığı üçün riskli olduğunu yazıb.
Qeyd edək ki, İngiltərədə qaydalara görə, brusellyoz infeksiyasına yoluxan ev heyvanları öldürülməlidir. DEFRA isə öldürülən hər heyvan üçün həmin heyvanın sahibinə təzminat ödəməlidir.
DOSTLARINLA PAYLAŞ: