Böyük Britaniyada ən bahalı evi rus aldı
14 Avqust 2011 Bazar 06:57
Adı çəkilməyən rusiyalı alıcı 300 yaşlı malikanəyə 140 milyon funt ödəyib
Adı çəkilməyən rusiyalı alıcı Böyük Britaniyada 300 yaşlı olan və qorunan memarlıq obyektlərinin siyahısına düşmüş malikanəni alıb. Oksfordşir qraflığındakı Park Placenin 140 milyon funta satışı rekord vurub. İndiyədək Britaniyada ən bahalı ünvan One Hyde Park yaşayış kompleksi sayılırdı. Bu kompleksdəki mənzillərdən biri bir neçə ay əvvəl 136 milyon dollara ukraynalı sahibkar Rinat Axmedova satılmışdı.

Malikanənin yeni sahibi mülk və yeraltı bina ilə birlikdə həm də dəyərli təbiət obyekti kimi qorunan parka, bir neçə hektar torpağa, kottecdərə, at tövləsinə, və qayıq stansiyasına yiyələnib.

Park Place-ni 2007-ci ildə 40 milyon funta Maykl Spink almışdı. O vaxt da buk rəqəm rekord qiymət sayılırdı. Bundan sonra o mülkün yenidən qurulmasına başlayıb və təxminən 100 milyon funt xərcləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar