Böyük Britaniyada baş nazirin köməkçisi əxlaqsızlığa görə həbs olundu
06 Mart 2014 Cümə Axşamı 13:08
Böyük Britaniyanın baş naziri Devid Kemeronun yaxın köməkçisi həbs olunub.
ANS PRESS-in "İndependent"ə istinadən verdiyi məlumata görə, Britaniya hökumətinin məsləhətçisi olan Patrik Rok uşaq pornoqrafiyasında adı hallandığı üçün saxlanılıb.
Patrik Rok pornoqrafiya ilə mübarizə məsələlərilə məşğul olmasına baxmayaraq, törətdiyi cinayətə görə saxlanılıb. Polislər ötən ay baş nazirin iqamətgahında yerləşən kompyuterdə axtarış apararkən uşaq pornoqrafiyasına aid videolar tapıblar. Bundan sonra məmur tutduğu vəzifədən kənarlaşdırılıb.
Qeyd edək ki, Patrik Rok uzun müddətdir ki, baş nazirin köməkçi vəzifəsində çalışıb.
DOSTLARINLA PAYLAŞ: