Böyük Britaniyada azyaşlılar arasında hamiləlik qlobal problemə çevrilib
10 Fevral 2010 Çərşənbə 03:20
2002-ci ildən indiyədək 15 yaşdan kiçik 63 min 587 azyaşlı ana olub
Azyaşlılar arasında hamiləlik İngiltərədə əsl qlobal problemə çevrilib. Aparılan araşdırmalara görə, son 8 il ərzində ibtidai məktəbi birirməmiş 54 qız hamilə qalıb. Onlardan 15-nin cəmi 10, 39-nun isə 11 yaşı olub.
Hökumətin açıqladığı rəqəmlərə görə, İngiltərə və Uelsdə hər il 13 və daha az yaşı olan 300 azyaşlı hamilə qalır. 2002-ci ildən indiyədək 15 yaşdan kiçik 63 min 587 azyaşlı ana olub. Onların yaş səviyyəsi belədir: 12 yaşında 268, 3 yaşında 2 257, 14 yaşnda 14 777 və 15 yaşında 45 861.
Hamilə qalan azyaşlıların 60 faizinin abort etdirdiyi də nəzərə alınsa, statistik göstəricilərdə əks olunmayan hamiləlik hallarının sayının daha çox olduğu görünür.
Kent Universitetinin nümayəndəsi Frank Furedi yaranmış vəziyyəti “faciəvi” adlandırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: