Böyük Britaniyada 150 məhkəmə bağlanacaq
15 Dekabr 2010 Çərşənbə 10:50
Hökumət bununla dövlət xərclərini azaltmış olacaq
Böyük Britaniya hökuməti İngiltərə və Uelsdə 150 məhkəmənin bağlanılmasına qərar verib. Böyük Britaniya Ədliyyə Nazirliyi bu addımı dövlət xərclərinin azaldılması haqqında dövlət proqramına əsasən atıb.
Yaxın 4 ay ərzində ilkin olaraq 142 məhkəmənin bağlanılması planlaşdırılır. Bunlardan 93-ü maqistrat, 49-u isə qraflıq məkhkəməsi olacaq. London şəhərində isə 11 məhkəmə qurumunun bağlanılması planlaşdırılır.
Hökumət məhkəmələri bağlamaqla 41,5 milyon funt sterlinq birbaşa xərclərdən, 38,5 milyon funt sterlinq isə məhkəmələrin yerləşdiyi binaların boşaldılmasından yaxa qurtarmış olacaq.
DOSTLARINLA PAYLAŞ: