Böyük Britaniya Nəqliyyat naziri də mahnı yazırmış
18 Mart 2013 Bazar Ertəsi 08:02
Siyasətçi-musiqiçinin 1983-ci ildən yazdığı mahnılarından ibarət albom buraxacaq.
Böyük Britaniyanın nəqliyyat naziri Norman Beyker öz rok qrupunun ilk albomunu buraxmaq niyyəti barədə məlumat verib. 55 yaşlı liberal-demokrat artıq 30 ildir ki, “Reform Club” rok-qrupuna başçılıq edir.
Nazir mahnıları özü yazır və bildirib ki, öz albomunu buraxmağı çoxdan arzulayırmış. Albom “Always Tomorrow” adlanacaq. Oraya musiqiçinin 1983-ci ildən yazdığı mahnılar daxil ediləcək.
DOSTLARINLA PAYLAŞ: