Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Əfqanıstan hökumətini və NATO rəhbərliyini taliblərin loyal qolu ilə danışıqlar aparmağa çağırıb. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə o, bazar ertəsi NATO-nun baş qərərgahında çıxışı zamanı bildirib.
Xatırladaq ki, bu gün Əfqanıstan hökumətinin ölkənin şimal-qərb vilayətlərindən birində atəşkəsin elan olunmasına dair bəyanatı taliblər tərəfindən təkzib edilib. Hazırda bu bölgədə atışma davam edir. /ANS PRESS/