Böyük Britaniya Liviyadakı səfirliyini bağladı
27 Fevral 2011 Bazar 00:36
Rəsmi Londonu qaynar nöqtədə Türkiyə təmsil edəcək.
Böyük Britaniya Liviyanın paytaxtı Tripolidəki səfirliyini bağlayıb. Bundan sonra Britaniyanı Türkiyə səfirliyi təmsil edəcək. Bu barədə məlumatı Birləşmiş Krallığını Xarici İşlər Nazirliyi yayıb. Məlumatda deyilir ki, bu addım Liviyada pisləşən vəziyyətlə əlaqədar atılıb. Səfirliyin əməkdaşları digər britaniyalılarla birlikdə Liviya paytaxtını sonuncu çarter reysi ilə tək ediblər. Təyyarə Tripolidən 100-ə yaxın Böyük Britaniya vətəndaşını təxliyə edib.

Müvəqqəti konsulluq iş şəraiti təkşil edilib, Liviyada qalan britaniyalı konsulluq nümayəndələri Türkiyə səfirliyi ilə sıx təmasda fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Böyük Britaniyadan əvvəl ABŞ və Avstraliya da Liviyadakı səfirliklərini bağlayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar