Böyük Britaniya Bəhreyn və Liviyaya silah idxalını dayandırdı
19 Fevral 2011 Şənbə 01:43
Bunun səbəbi xalq etirazlarının zorla yatırılmasıdır
Böyük Britaniya hökuməti Bəhreynə silah satışı ilə bağlı bəzi əməkdaşlıq sazişlərinin geri çağırıldığını elan edib. Bunun səbəbi Bəhreyndəki etirazların zorla yatırılmasıdır.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Liviyaya silah satışı lisenziyalarının ləğvini də açıqlayıb. Bundan başqa, Yəmənlə silah-sursat sahəsində idxal sazişlərinə də yenidən baxılır.
DOSTLARINLA PAYLAŞ: