Magistral neft kəmərini deşən dələduz qrup boru ilə xam nefti 880 metr uzağa daşımağa müvəffəq olublar.
Türkiyədə BOTAŞ-a aid magistral xam neft kəmərində qeyri-adi oğurluq hadisəsi baş verib. Yerli mətbuatın yaydığı xəbərə görə, hadisə Ceyhan – Kırıkkale arasındakı 448 km-lik neft kmərinin Aksaray vilayəti ərazisindən keçən hissəsində meydana gəlib. Məlumata görə, yerin 4 metr dərinliyndəki diametri 61 cm olan magistral neft kəmərini deşən dələduz qrup diametri 10 cm olan boru ilə xam nefti 880 metr uzağa daşımağa müvəffəq olublar.
Bu barədə məlumat əldə edən jandarm qüvvələri və BOTAŞ işçi qrupu yeri qazaraq aşkarladıqları qaçaqlara aid borunu ləğv ediblər. Oğurluğu törədən qrup üzvlərinin adlarını bildirən jandarm onların ələ keçirilməsi üçün əməliyyatların davam etdiyini bildirib.