BOTAŞ-a aid neft kəmərində partlayış: 2 ölü
11 Avqust 2010 Çərşənbə 00:35
Partlayış nəticəsində hadisə yerində yanğın baş verib.
Türkiyənin BOTAŞ şirkətinə aid Kərkük-Yumurtalıq neft kəmərində partlayış baş verib. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, ilkin məlumata görə, 2 nəfər partlayış səbəbilə yanğın baş vermiş avtomobildə qalaraq ölüb. Məlumata görə, hadisə Türkiyə Mardin vilayətinin Midyat rayonu ilə Şırnak vilayətinin İdil rayonu arasında baş verib. Hazırda yanğının söndürülməsi üçün BOTAŞ-ın operativ yanğınsöndürmə qrupu hadisə yerində iş aparır. Hadisənin səbəbləri isə hələlik bilinmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: