Boston terroruna görə iki qazaxıstanlı tələbə tutuldu
01 May 2013 Çərşənbə 22:54
Onlara qarşı bir neçə ittiham irəli sürülüb.
Bostondakı terror aktına görə Cövhər Sarnayevin kollecdən tanışları - iki qazaxıstanlı tələbə yalan ifadə verdikləri üçün həbs olunublar. ANS PRESS-in CNN-ə istinadən verdiyi məlumata görə, Boston polisi daha əvvəl terror aktı ilə bağlı istintaq çərçivəsində üç yeni şübhəlinin saxlanıldığını bildirmişdi. Telekanal təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, söhbət bir müddət əvvəl viza rejimini pozduqlarına görə saxlanılan qazaxıstanlılardan gedir. İndi onlar yalan ifadə verməkdə və Boston terroru ilə bağlı ədalət mühakiməsinə əngəl yaratmaqda şübhəli bilinirlər.

Fox News telekanalı isə xəbər verir ki, saxlanılanlara cinayətə yardım və ya cinayətin gizlədilməsi ittihamları da elan edilə bilər.

NBC News telekanalının məlumatına görə, saxlanılan üçüncü şəxs də Cövhər Srnayevin kollecdən tanışıdır. O, qazaxıstanlı tələbələrlə birlikdə yataqxanadan Sarnayevin əşyalarını çıxarmaqda şübhəli bilinir. Saxlanılanların terror aktına hazırlıqdan xəbərinin olub-olmadığı bəlli deyil.

Amerika KİV-inin məlumatına görə, Qazaxıstan olan tələbələr Dias Kadırbayev və Azamat Tajayakovdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar