Bosniyada müsəlmanlar ayağa qalxıb
13 Mart 2011 Bazar 14:02
Bir qrup insan saxlanılan 6 müsəlmanın azad edilməsini tələb edib.
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda bir qrup insan İmmiqrasiya Mərkəzində saxlanılan 6 müsəlmanın azad edilməsi tələbiylə Parlament binası önündə etiraz aksiyası keçirib. Əslən Tunis, Suriya, Mərakeş, Əfqanıstan və Əlcəzairdən olan saxlanılanlar Bosniyada milli təhlükəsizlik üçün təhlükə yaratmaqda ittiham olunurlar.

On ildən çoxdur bu ölkədə yaşayan və yerli qadınlarla ailə quran müsəlmanlar 2001-ci il 11 sentyabr hadisələrindən sonra Bosniya vətəndaşlığından çıxarılıb və illərdir İmmiqrasiya Mərkəzində saxlanılır. Həmin şəxslər öz vətənlərinə geri qayıtmaq istəmir, Bosniya qanunvericiliyi isə insanların zorakılığa məruz qala biləcəyi ölkələrə deportasiya edilməsini qadağan edir. “Human Rights Watch” və digər insan haqları təşkilatları dəfələrlə həmin şəxslərin dərhal azad edilməsi tələbiylə çıxış edib. Onların ailə üzvləri də saxlanılanların ya hakim qarşısına çıxarılmasını, ya da azad edilməsini tələb edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar