Bosniyada kütləvi insan məzarlığı
11 Avqust 2010 Çərşənbə 20:00
Serblərin öldürdüyü daha 50 nəfərin cəsədi tapılıb.
Bosniya və Herseqoviniya ilə Serbiya arasında baş vermiş müharibə qurbanlarının axtarışı ilə məşğul olan komissiya 50 nəfərin basdırıldığı kütləvi məzarlıq aşakarlayıb. Məzarlıq Serbiya və Bosniya sərhədi yaxınlığında Perukak gölünün sahilində aşkar olunub.
İlkin ehtimallara görə basdırılan şəxslər Viseqrad adlandırılan həmin ərazidə 1992-ci ildə serblər tərəfindən etnik soyqırımına məruz qalmış və itkin düşən 1000 nəfərlik insan qrupunun bir hissəsidir.
Qeyd edək ki, bu Perukak gölünün ətrafında rast gəlinən ilk kütləvi məzarlıq deyil. 2001-ci ildə bu ərazidə aşkar olunan kütləvi qəbiristanlıqda 60 nəfərin sümükləri tapılmışdı.
Beynəlxaq Haaqa Tribunalının hakimləri Viseqradda törədilən qətliamı Bosniya tarixindəki ən dəhşətli etnik təmizləmə kimi qiymətləndiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: