Bosniya qonşulardan geri qalmaq istəmir
28 Dekabr 2009 Bazar Ertəsi 23:00
Bosniya Əfqanıstana hərbi kontingent göndərəcək
Bosniya da “qonşudan qalma geri” məsəlinə əməl edərək Əfqanıstana hərbi kontingent göndərmək qərarına gəlib. Bu barədə ölkənin müdafiə naziri Selmo Sikotiç keçirdiyi mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, Bosniya əsgərləri Əfqanıstana növbəti ildə gedəcək.
"Çox güman ki, əsgərlərimiz Almaniya və Türkiyə hərbçiləri ilə əməkdaşlıq edəcək", - deyə Sikotiç söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: