Boşanmaq istəməyən qadın cəzalandırılıb
04 Mart 2010 Cümə Axşamı 21:25
Hakim və kraldan şikayət edən qadın şallaq və həbs cəzasına məhkum edilib
Səudiyyə Ərəbistanında həbs edilmiş ərindən boşanması üçün məhkəmə heyəti tərəfindən təyziqlərlə üzləşən qadın elə məhkəmə tərəfindən cəzalandırılıb. Belə ki, şikayət etmək üçün məhkəməyə gələn qadın tək gəldiyinə görə 300 şallaq cəzası və 18 ay həbsə məhkum edilib. Ərəb qanunlarına görə, qadın məhkəməyə kişi qohumlarından biri ilə gəlməlidir.

İnsan hüquqları müdafiə təşkilatının yaydığı məlumatda bildirilir ki, Rass şəhərində yaşayan Savsan Salim adlı qadının əri 2004-cü ildə borclarına görə həbs olunub. İşə baxan məhkəmənin hakimi qadından dəfələrlə ərindən boşanmasını tələb etsə də, Salim bununla razılaşmayıb. Uzun müddət təzyiq altında yaşadığını əsas tutan qadın hakim Həbib Abdulla Əl Aksa və kral Abdulla da daxil olmaqla ədalət mühakiməsini həyata keçirənlərdən məhkəməyə şikayət edib. Bunun müqabilində isə qadın məhkəməyə kişi qohumu ilə gəlməmək və saxta ittihamlar irəli sürməkdə təqsirləndirilərək mühakimə olunub. Savsan Salimi həbs və şallaq cəzasına məhkum edən məhkəmə heyətinin tərkibində isə onun barəsində şikayət etdiyi hakim Əl Aksa da iştirak edib.

İnsan Haqları təşkilatları isə Səudiyyə Ərəbistanına qərarın ləğv olunması üçün müraciət edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar