Boşanma sənədlərini yandıran şəxs işə düşdü
28 Dekabr 2009 Bazar Ertəsi 19:15
ABŞ-ın Sakramento şəhərində qəribə hadisə baş verib
ABŞ-ın Sakramento şəhərində qəribə hadisə baş verib. Yerli polisin məlumatına görə, boşanma haqqında sənədləri yandıran kişinin hərəkəti həm evinin yanmasına, həm də özünün ciddi xəsarət almasına səbəb olub.
Sakramentonun yanğın şöbəsinin kapitanı Cim Doukett bildirib ki, kişi atası ilə birgə yaşayıb. Atasının sözlərinə görə isə, oğlu özünü dəli kimi aparıb. “O bütün gecəni əşya və sənəd yandırıb, şənbə günü səhərə yaxın isə ev yanmağa başlayıb”, - deyə atası bildirib.
Alov ikimərtəbəli binaya ziyan vurub. Sənədləri yandıran şəxs zərər çəkib və ciddi yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: