Borjomi yeniden Rusiyaya qayıdır
12 Aprel 2013 Cümə 16:48
Gürcüstan mineral suları Borjomi yenidən Rusiya bazarına çıxarılır.
“Borjomi“ mineral sularının Rusiya bazarına çıxışı artıq bərpa edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko məlumat verib.

"“Borjomi“ Rusiyada qeydiyyatdan keçmiş ticarət nişanıdır. Bir müddət əvvəl idxal olunan nümunələrdə qüsurlar aşkar edilmiş və biz qeydiyyatı müəyyən müddlətə dondurmuşduq. Hal-hazırda təkrar yoxlamalar keçirilib və qüsurlar aradan qaldırıldığı və müəyyən edilmiş standartlara uyğun gəldiyi üçün “Borjomi“ yenidən qeydiyyatdan keçib“, - deyə Gennadi Oniçenko bildirib.

Rusiya bazarlarına qayıtmağa can atan gürcü istehsalçılarına gəldikdə isə “Borjomi“ artıq Rusiya bazarına qayıtmış üçüncü şirkətdir. Gürcüstanın iki çaxır istehsal edən şirkəti artıq müvafiq icazə alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar