Bolqarıstanda qrip epidemiyası yayılır
27 Yanvar 2011 Cümə Axşamı 06:10
Artıq bu virusun yayılması ilə bağlı ölkədə ilk ölüm hadisəsi baş verib.
Bolqar rəsmilərinin məlumatına görə ölkə əhalisinin demək olar ki, 7 faizi qrip xəstəliyinə tutulub,500-ə qədər məktəb xəstəliyinin yayılması səbəbindən bağlanıb. Səhiyyə Naziriliyi 12 bölgədə epidemiya elan edib. Buraya ölkənin ən böyük şəhərləri daxildir. Xəstəlik 10 min nəfərə qədər insana təsir edib. Bu bölgədə bir həftə ərzində bütün orta məktəblər bağlanıb. Ölkənin cənubunda yerləşən Vilinqard şəhərindəki xəstəxanalarda ilk ölüm halı artıq qeydə alınıb.

Sofiya şəhər xəstəxanası da baş verən xəstəliklə bağlı olaraq öz ehtiyyatlarını artırıb. Sofiya Xəstəxansının Baş epidiomoloqu həkim Antonia Korçevin sözlərinə görə H1N1 virusu artıq test olunanlardan 30 faizində aşkar olunub. Qeyd edək ki,daha çox donuz qripi kimi tanınan bu virus 2009-cu ildə dünyada daha geniş yayılmışdı. Avropa Səhiyyə rəsmilərəi hələ bir ay öncədən Böyük Britaniyaya yayılan bu xəstəliyin bütün Avropa qitəsinə yayılacağı ilə bağlı xəbərdarlıq edirdilər. Hər il virus dünya üzrə 5 milyon insanı yoluxur və bunlardan 500 mini ölür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar