Bolqarıstanda qaz kəməri partlayıb, ölənlər və yaralananlar var
13 Noyabr 2011 Bazar 03:46
Partlayışın baş verdiyi kəmərlə Rusiyadan Yunanıstana “mavi yanacaq” nəql edilir.
Bolqarıstanda Rusiyadan Yunanıstana “mavi yanacaq” nəql edilən qaz kəmərində partlayış baş verib. “Frans Press” agentliyinin məlumatına görə, partlayış nəticəsində iki nəfə ölüb, daha iki nəfər isə xəsarət alıb. Məlumatı Bolqarıstanın enerji holdinqi təsdiqləyib.
Məlumata görə, partlayış ötən cün günorta saatlarında Plovdiv rayonunun Stryama kəndi yaxınlığındakı nasos stansiyasında baş verib. Bolqarıstanın enerji holdinqindən birdirilib ki, qaz kəməri yoxlamaya hazırlanarkən insindent qeydə alınıb. Şirkət bəyan edib ki, hadisə nəticəsində Yunanıstana qaz nəqli dayandırılmayıb.
Rksiya qazı Bolqarıstan ərazisi ilə Türkiyə, Makedoniya və Yunanıstana nəql edilir. “Burqartransqaz” şirkətinin məlumatına görə, ötən il təkcə Yunanıstana 2,1 milyard kubmetr Rusiya qazı nəql edilib.
DOSTLARINLA PAYLAŞ: