Bu gün Bolqarıstanın Yambol şəhərinin ticarət mərkəzində avtobus qəzası baş verib. Sürücünün diqqətsizliyi idaretməni itirməsilə nəticələnib. Baş vermiş qəza ilkin məlumata görə, 15 nəfərin həlak olmasına, 4 nəfərin yaralanmasına gətirib çıxarıb.
Bolqarıstan daxili işlər nazirliyinin məlumatına görə, qəzaya səbəb, əyləcdə problemin olması da ola bilər. Qeyd edək ki, Bolqarıstan höküməti hadisə ilə əlaqədar ölkədə milli matəm elan edilib. /ANS PRESS/