Bolqarıstan parlamenti qondarma soyqırımını qəbul etmədi
12 Yanvar 2012 Cümə Axşamı 01:08
İrqçi partiyanın millət vəkilləri tərəfindən hazırlanan qanun layihəsinin lehinə 14, əleyhinə isə 30 səs verilib.
Ötən gün Bolqarıstan parlamenti 1915-ci il qondarma erməni soyqırımının qəbuluna dair qanun layihəsini səsverməyə çıxarıb. Ölkənin irqçi ATAKA partiyasının millət vəkilləri tərəfindən hazırlanan qanun layihəsinin lehinə 14, əleyhinə isə 30 səs verilib. 103 millət vəkilinin iştirak etdiyi səsvermədə 59 parlamentari bitərəf qalıb.

Əksəriyyəti türklərdən ibarət Haq və Hürriyətlər Hərəkatının (DPS) millət vəkili və sədr müavini Lütfi Məstan parlamentlərin işinin tarixi araşdırmaq olmadığını deyərək bu qanun layihəsinin Türkiyə ilə Bolqarıstan arasında problemlər yaradacağını vurğulayıb.

Xatırladaq ki, ATAKA daha əvvəl bu qanun layihəsini 4 dəfə parlamentdə səsverməyə çıxarıb. Onlardan 3-ü qəbul edilməyib, 1-i isə heç məclisin gündəliyinə də salınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar