Boliviya da Fələstin dövlətini tanıdı
18 Dekabr 2010 Şənbə 03:00
Bu bəyanatda Evo Morales Braziliyada Cənubi Amerika ölkələrinin dövlət başçılarının görüşündə çıxış edib
Boliviya Fələstin dövlətini 1967-ci il müharibəsindən əvvəlki sərhədlər çərçivəsində rəsmən tanıyıb. Bu barədə məlumatı Fələstin muxtariyyətinin Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda deyilir ki, prezident Evo Morales Braziliyada Cənubi Amerika ölkələrinin dövlət başçılarının görüşündəki çıxışına Fələstin dövlətini 1967-ci ildəki sərhədlər çərçivəsində tanınması ilə bağlı bəyanatla başlayıb. Evo Moralesin bu bəyanatı görüş iştirakçılarının alqışlarına səbəb olub.
Fələstin rəhbəri Mahmud Abbas Boliviyanın qərarını alqınlayıb. O, Fələstin və Boliviya xalqları arasındakı münasibətləri yüksək qiymətləndirib.
Qeyd edək ki, bir müddət əvvəl Latın Amerikasına səfər edən Mahmud Əhmədinejat bölgə ölkələrinə Fələtsin dövlətini 1967-ci ilə qədərki sərhədlər çərçivəsində tanımağı xahiş etmişdi. Dekabrın əvvəllərində Latın Amerikasının iki böyük dövləti - Argentina və Braziliya bu çağırışa səs verib və Fələstinin müstəqiliyini tanıdığını bəyan edib. Bir sıra digər ölkələr isə Fələstinin diplomatik nümayəndələrinin səfirlik səviyyəsinə qədər artırıldığını elan ediblər.
Bir gün əvvəl Fələstin milli muxtariyyəti Fransa, Böyük Britaniya, İsveç və Danimarkanı da Fələstinin müstəqilliyini 1967-ci il sərhədləri çərçivəsində tanımağa çağırıb.
DOSTLARINLA PAYLAŞ: