Boks çempionunu qaçırıb öldürdülər
26 Fevral 2014 Çərşənbə 09:19
Polis 45 yaşlı Kermenonun cəsədinin Miranda əyalətindəki şoselərdən birində aşkar edildiyini açıqlayıb.
Boks üzrə dünya çempionu Antonio Kermeno qaçırılaraq öldürülüb.
ANS PRESS-in xəbərinə görə, Venesuelada Boks üzrə dünya çempionu Antonio Kermenonun qaçırılaraq öldürüldüyü bildirilir.
Polis 45 yaşlı Kermenonun cəsədinin Miranda əyalətindəki şoselərdən birində aşkar edildiyini açıqlayıb.
Keçmiş çempion və bəzi qohumları paytaxt Karakasın şərqindəki La Urbina yaxınlığında dünən axşam qaçırılıb.
Qaçıranlar benzin almaq üçün dayandıqda boksçunun qohumları fürsəti dəyərləndirərək əllərindən qaça bilsələr də, çempion xilas ola bilməyib.
Kermeno 1990-cı illərdə boks üzrə dünya çempionluğunu əldə etmiş idmançı idi.
Xatırladaq ki, bu ilin əvvəllərində isə gözəllik kraliçası, məşhur aktrisa Monika Spir Mutz və keçmiş əri paytaxt Karakasda maşınlarını soymaq istəyən şəxslər tərəfindən öldürülmüşdü.
BMT isə Venesuelanı dünyada ən çox cinayət hallarının baş verməsinə görə sıralamada 5-ci ölkə olduğunu açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: