Boko Haram qruplaşması 200 məktəbli qızı satmaq istəyir
05 May 2014 Bazar Ertəsi 22:33
Nigeriya prezidenti Qudlak Conatan azyaşlı qızların azad edilməsi istiqamətində bütün imkanlara əl atılmasını əmr edib.
"Əl-Qaidə" terror təşkilatının "Boko Haram" qruplaşması 200-dən çox məktəbli qızın oğurlanmasının məsuliyyətini üzərinə götürüb. ANS PRESS-in məlumatına görə, qrupun lideri Əbubəkər Şekau etdiyi video müraciətdə qızların satışa çıxarılacağını bildirib.

Nigeriya prezidenti Qudlak Conatan ötən ay islamçı ekstremistlər tərəfindən oğurlandığı ehtimal edilən qızların azad edilməsi istiqamətində bütün imkanlara əl atılmasını əmr edib.

Bazar günü çıxış edən Conatan baş verən hadisənin həm valideyinlər, həm də bütün xalq üçün imtahan və çətin vaxt olduğunu deyib.

Lakin paytaxt Abujada bir qrup qəzəbli valideyin hökuməti laqeydlikdə və qızlarını xilas etmək istiqamətində ləng işləməkdə təqsirləndirib.

276 qız aprelin 15-i Borno ştatının Çhibok şəhərində oğurlanıb.

Yerli rəsmilər qızların bəzilərinin Kamerun və ya Çada keçdiklərini ehtimal edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar