Boinq-767 qəza xəbəri yalan çıxdı
05 Avqust 2010 Cümə Axşamı 19:50
"Boinq-767"-nin qəza xəbəri yalan çıxdı. Afirkalılar sadəcə təlim keçirirmişlər.
Zimbabvenin paytaxtı Xarerada xeyli sayda təcili yardım maşınlarının beynəlxalq hava limanı istiqamətində hərəkət etməsi əvvəlcə paytaxt sakinlərini, hava limanı əməkdaşlarının açıqlaması isə bütün ölkəni sarsıdıb. Aeroport rəsmisi Londondan gələn “Boinq-767” təyyarəsinin enmə zamanı qəzaya uğradığını bildirib. Zimbabve mülki aviasiya xidmətinin rəhbəri David Çauota isə ölən olmasa da, yaralıların olduğunu bildirib.

Öz növbəsində “British Airways”şirkətinin onların təyyarəsinin qəzaya uğramadığını bildirməsindən sonra, bütün bu baş verənlərin həqiqət olmadığı üzə çıxıb. Rəsmi şəxslər təyyarə qəzasının baş vermədiyini və bütün bu xəbərlərin keçirilən təlim üçün yayıldığını bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar